“AR-Sadıkoglu” MMC

Haqqımızda

“AR-Sadıkoglu” MMC

Standartlarımız yüksək, hədəflərimiz böyükdür

AZR Business” MMC, “Aydınoğlu-R” MMC, “AZR-R Construction” MMC və Türkiyənin “Sadıkoğlu Yatırım” şirkətlərinin təmsilçiləri olaraq Azərbaycanda və Türkiyədə ortaq layihələr icra etmək məqsədilə Ahmet Sadıkoğlu və Ramiq Mirzəyev tərəfindən “AR Sadıkoglu” şirkəti təsis edilib. Adları qeyd edilən şirkətlər 2022-ci ildən Qarabağ və işğaldan azad olunmuş ərazilərin bərpası proqramı çərçivəsində Laçın şəhəri və ətraf kəndlərin, Malıbəyli kəndinin bərpası və yenidən qurulması Layihəsində iştirak edirlər. Ortaq şirkəti yaratmaqla tərəflər imkanlarını birləşdirib işğaldan azad olunmuş ərazilərin bərpası üçün daha böyük layihələrin icra edilməsini hədəfləyir. Bu layihələr çərçivəsində ilkin mərhələdə “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkında Tikinti materialları Bazarı Kompleksinin inşa edilməsini planlaşdırır və bu istiqamətdə hazırlıq işləri aparır.

Şirkətlərin birgə layihələri haqqında ümumi məlumat

Son 4 ildə “AYDINOĞLU-R” MMC və AZR-R CONSTRUCTİON MMC -nin birgə fəaliyyəti ilə həyata kecmiş layihələr:

1.Başa çatmış layihələr:

1.2. Bakının Şüvəlan kəndində koteclərin tikintisi.

(12 ədəd kotec, məbləği – 5 850 445 . 00 AZN )

1.3. Sabirabad rayonu,Kovlar kəndinin elektrik şəbəkisinin yenidən qurulması.

(Məbləğ – 1 386 246 . 40 AZN )

1.4. Laçın rayonunda saatda 340 m istehsal gücü olan qum-çınqıl karxanasının qurulması. (Məbləğ – 1 652 326 AZN ) (Şirkətin vəsaiti ilə)

1.5. Laçın rayonunda saatda 120 m istehsal gücü olan beton zavodun qurulması. (Məbləğ – 1 943 549 AZN ) (Şirkətin vəsaiti ilə)

1.6. Laçın şəhərində illik istehsal gücü 3 400 m olan mebel fabrikinin tikintisi.(Məbləğ – 8 675 000 AZN ) (Şirkətin vəsaiti ilə)

1.7. Təzə Pir Məscidinin əsaslı təmir və mebel işləri. (Məbləğ – 2 940 708 AZN)

1.8. Heydər Məscidinin əsaslı təmir və mebel işləri. (Məbləğ – 2 653 459 AZN)

Başa çatmış layihələrin yekun məbləği:  25.101.733  AZN

“AYDINOĞLU-R” MMC

Şirkətimiz 2000-ci ildə Mirzəyev Rövşən Aydın oğlu tərəfindən 250 kv.m sahədə yaradılmışdır. Hazırda istehsalat sahəmiz 15 000 kv.m-dir və ən müasir texnika və avadanlıqlarla təchiz olunmuşdur. Öz biznesində müştərilərin gündən-günə təkmilləşən və dəyişən istəklərini nəzərə alaraq ən yaxşı ustalarla xidmətində davam edir. Şirkətimiz inkişaf etməkdə olan dünya bazarında davamlı araşdırma işləri apararaq müştərilərin istəklərini qarşılamaq üçün çalışır.

“GM Tech” MMC

GM Tech” MMC olaraq telekommunikasiya sahəsində 5 ildir fəaliyyət göstəririk , Azercell , Bakcell , Azerconnect, Ericsson, Nokia, Huawei, Ultel kimi telekommunikasiya sahəsinin aparıcı şirkətləri ilə əməkdaşlıq edir və onların sifarişləri əsasında layihələr həyata keçiririk. Bu sifarişlər mobil operatorlar üçün qüllələrin qurulması, onlara lazım olan müxtəlif təyinatlı binaların, qurğuların inşa edilməsi, avadanlıqların yenilənməsi, bərpa və təmir işləri kimi sahələri əhatə edir. Görülən bütün işlər , Azərbaycanın bütün ərazilərini,o cümlədən, Qarabağ və işğaldan azad olunmuş əraziləri də əhatə edir. Son aylar görülən işlərin arasında Kəlbəcər, Laçın, Xankəndi, Şuşa, Kərkicahan Ağdam, Zəngilanda həyata keçirdiyimiz layihələr də var . “GM Tech” MMC olaraq ölkə xaricində- Ukraynada, Xarkov vilayətində də layihələr həyata keçirmişik.

“AZR Business” MMC

“AZR Business” MMC 2021-ci ilin fevral ayında yaradılıb. Əsas fəaliyyət sahəsi Tikinti quraşdırma işləri, elektrik şəbəkələrinin qurulması və.s tikinti işləri, o cümlədən tikinti materiallarının (mərmər,qranit, dəmir boru profillər, armatur, MDF, DSP və.s)istehsalı və idxalı ilə məşğul olur.

Sabirabad rayonu Kovlar kəndinin elektrik şəbəkəsinin Laçın şəhərinin küçə işıqlandırılması layihəsi həyata keçirib, Laçın şəhərinin , Xocalı rayonun Malıbəyli kəndinin yenidənqurma və bərpası layihəsində iştirak edir. Laçın rayonunda öz vəsaiti hesabına qum,çınqıl karxanası inşa edərək, bölgədə aparılan bərpa, quruculuq işlərinin ucuz və keyfiyyətli, yerli inşaat materialları ilə təmin edir, Laçın Sənaye parkında “Aydınoğlu-R” MMC ilə birlikdə illik istehsal gücü 3000 m3 olan müasir tipli mebel fabrikini inşa etmişdir.

“AZR-R Construction” MMC

 

2023-cü ilin iyul ayında təsis olunan “AZR-R Construction” MMC tikinti- inşaat işlərini həyata keçirməklə bərabər, tikinti-sənaye materiallarının idxalı ilə məşğul olur. Yarandıqdan sonra həm təklikdə, həm də “AZR Business” MMC və “Aydınoğlu-R” MMC ilə birlikdə müxtəlif layihələrin həyata keçirilməsində iştirak edib. Tikinti quraşdırma sahəsində “AZR-R Construction” MMC 2023-cü ilin avqust ayından Laçın şəhərinin bərpası və yenidən qurulması layihəsində iştirak edir, 2023-cü ilin dekabr ayından isə Laçın şəhərinin , Xocalı rayonun Malıbəyli kəndinin yenidənqurma və bərpası layihəsində iştirak edir.