“AR-Sadıkoglu” MMC

Laçın şəhəri Aydınoğlu-R mebel fabrikinin tikintisi

Laçın şəhəri-Aydınoğlu-R mebel fabrikinin tikintisi

İstehsalat sahəsi Laçın rayonunda Bərpa quruculuq işlərinə dair Dövlət proqramına uyğun olaraq “Aydınoğlu-R” MMC-nin vəsaiti ilə 1.35 hektar ərazidə tikilmiş və 2023-cü ilin avqust ayından fəaliyyət göstərir. Fabrikin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iştirak etmişdir. İstehsal sahəsində müasir tələblərə cavab verən mebel məhsullarının istehsalına başlanıb. Fabrikdə Türkiyə və Avropa istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. İstehsal sahəsində 120 nəfər çalışır. İstehsal sahəsinin illik istehsal gücü 3000 kub metr təşkil edir. İstehsal sahəsi müvafiq dövlət qurumlarında qeydiyyatdan keçirilmişdir. İstehsal sahəsi sifariş əsasında fəaliyyət göstərir və Laçın rayonu ilə bərabər işğaldan azad olunan bütün bölgələrin bərpa quruculuq işlərinin həyata keçirilməsində ehtiyac duyulan mebel materialları və məhsullarına tələbatın qarşılanmasında əsas rol oynayır. İstehsal sahəmizdə işlər təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən yerinə yetirilir və bu vaxta qədər sifarişçilərlə aramızda heç bir narazılıq yaranmamışdır.