2022-ci ilin 19 sentyabrından başlanan Laçın şəhərinin yenidənqurulması və bərpası layihəsi çərçivəsində 76 yaşayış evi və 1 yaşayış binası, bank binası daxil 3 inzibatı bina əsaslı təmir edilərək bərpa olunub, 15 yeni evin tikintisi həyata kerçirilib. Təmir-tikinti işləri ilə yanaşı Laçın şəhəri daxilində 13 km, Laçın-Zabux yolunda 2 km uzunluğunda küçə işıqlandırıması həyata keçirilib. Laçın şəhərinin abadlaşdırılması çərçivəsində yaşayış evləri, binalar və istinad divarlarının taxta üzlüklə işlənməsi işləri həyata keçirilib.