İstehsalat sahəsi 2021-ci ildən fəaliyyət göstərir. İstehsal sahəsi müasir tələblərə cavab verərək saatda 340 kub metr qum-çınqıl istehsal etməyə imkan verir. Qum-çınqıl məmulatlarının istehsalı texnoloji xətlər vasitəsi ilə həyata keçirilir. İstehsal sahəsində müasir avadanlıqlarla təchiz edilmiş, saatda 90 və 250 kub metr hazır məhsul istehsal edən Türkiyə istehsalı olan avadanlıq quraşdırılmışdır. İstehsal sahəsi Fövqaladə Hallar Nazirliyi , Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyatdan keçirilmişdir. İstehsal sahəsi sifariş əsasında fəaliyyət göstərir və Laçın rayonunda bərpa quruculuq işlərinin həyata keçirilməsində ehtiyac duyulan qum-çınqıl məhsullarına tələbatın qarşılanmasında əsas rol oynayır. Laçın şəhərinin yenidən qurulması layihəsinin həyata keçirilməsində yerli inşaat materiallarının istifadəsinə tələbatı təmin etdir. İstehsal sahəmizdə işlər təcrübəli və yüksək ixtisaslı mütəxəssislər tərəfindən yerinə yetirilir və bu vaxta qədər sifarişçilərlə aramızda heç bir narazılıq yaranmamışdır.