“AR-Sadıkoglu” MMC

Laçın şəhəri- İstinad divarının tikintisi

Laçın şəhəri- İstinad divarının tikintisi

İstinad divarı, onun arxasındakı torpaq həcmini saxlamaq üçün tikilmiş istinad strukturudur. Çınqıl, beton və dəmir-betonla tikilə bilər. İstinad divarları sonrakı doldurulmanın və ya onun arxasındakı torpağın sürüşməsinin və aşınmasının qarşısını alır. Laçın şəhərinin yenidən qurulması işləri arasında istinad divarlarının tikintisi önəmli yer tutur. Şəhərin yerləşdiyi relyef yağış sularının yaratdığı selin evlərə və şəhər təsərrüfatına zərər vurmasının qarşısının alınması məqsədilə şirkətimizin inşa etdiyi istinad divarının uzunluğu 9267 m təşkil edir. İstinad divarının inşasına 8143 m3 350 marka beton istifadə olunub.